Gəlirlik əyrisi (Yield curve) - Müxtəlif öhdəlik müddəti olan istiqrazlar ilə onların gəlirlikləri arasında əlaqəni əks edən əyri. Ən çox izlənən gəlirlik əyrisi müxtəlif öhdəlik müddəti olan dövlət istiqrazları ilə onların gəlirlikləri arasında əlaqəni əks edən dövlət istiqrazlarının gəlirlik əyrisidir. Dövlət istiqrazlarının gəlirlik əyrisi bazardakı digər borc qiymətli kağızları üçün müqayisə bazası funksiyasını yerinə yetirir.[1]