Gəmiqaya Tarix-Bədii Qoruğu

Gəmiqaya Tarix-Bədii Qoruğu — dünyada dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən nadir qoruqlardan və muzeylərdən biri.

Gəmiqaya Tarix-Bədii Qoruğu və Muzeyi
Əsası qoyulub 2013
Mövzu Azərbaycan tarixi
arxeоlоgiya
etnоqrafiya
Yerləşir Naxçıvan Muxtar Respublikası Ordubad rayonu

Naxçıvandakı Gəmiqaya təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox yüksək nöqtədə yerləşən muzeylərdən biridir.[1]

Yaradılma tarixi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda açılış zamanı 184 eksponat olmuşdur. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.[2]

  1. Kəlbizadə E. Naxçıvanın “7 möcüzəsi” – muxtar diyarın turizm xəritəsinə işıq salan mayak, "Xalq qəzeti", 06.02.2017
  2. Gəmiqaya Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir[ölü keçid]