Gənəgərçək yağı

Gənəgərçək yağı

Gənəgərçək yağı (lat. Оlеum Ricini) — gənəgərçək bitkisindən əldə olunan yağ. Əsasən təbabətdə, kosmetologiyada və sənayedə istifadə olunur.

Xalq təbabətində istifadəsi

[redaktə | mənbəni redaktə et]

Gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir. O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi ortük saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.

Bundan əlavə gənəgərçək yağı nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir. Saç soğanaqları xeyirli maddələrdən qidalanır və nəticədə güclənir və işi aktivləşir. Məhz follikul funksiyası və mübadilə prosesslərinin gücləndirilməsi səbəbindən, gənəgərçək yağını saçların uzadılması və həcmin artması üçün geniş istifadə edirlər.[1]

Gənəgərçək yağı həmçinin müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakteriyal, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri - kəpək, qaşınma, dərinin quruluğu , qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur. Gənəgərçək yağından olan maskalar, saçların uzanmasını tezləşdirir və yatmış soğanaqları oyadaraq, nazik saçları xilas edir. Unutmayın, gənəgərçək yağını maska kimi istifadə etdikdən əvvəl 15 dəqiqə isitməniz məsləhət görülür(isti suyun içində). Bu halda onun xeyirli komponentləri saç səthinə daha yaxşı hopur. 2 qaşıq gənəgərçək yağı, 1 yumurta sarısı, 1 qaşıq bal-ı qarışdırıb həftədə 2 dəfə 2 ay müddətində saçınıza çəkərək nail ola bilərsiniz.

  1. "Gənəgərçək yağının saç strukturuna təsiri..." 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]