Gəncüm ağa Markar oğlu Xandəmirov(1790-1854)— divanbəyi, poruçik, erməni əsilli, quldurxislət çar məmuru
Gəncüm ağa Xandəmirov | |
---|---|
Gəncüm ağa Markar oğlu Xandəmirov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa |
Gəncüm ağa Markar oğlu Xandəmirov 1790-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə ruslara satılmış, divanbəyi təyin edilmişdi. Qasım bəy Zakir yazırdı:
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti malı,
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub özün keçəl qurumsaq.
Baba bəy Şakir ona üz tutub yazırdı:
Gəncüm ağa, vilayətin dərdini,
Əlbəttə, get, sahibkara ərz elə.
Biz burda qorxudan deyə bilmirik,
Sən utanma, aşikara ərz elə.
Gəncüm ağa Xandəmirov 1854-cü ildə vəfat edib.
Gəncüm ağa Xandəmirov Zəni Ovan qızı Zarpenslə (?- 20.11.1874) ailə qurmuşdu. İsacan ağa (?-1842), Firudin ağa (1836—1893) adlı oğlanları, Balasan xanım adlı qızı (1835-1900) vardı.
Gəncüm ağanın övladları Arakel və Firudin də özü kimi müsəlmanlara qarşı potenseal nifrət bəsləyirdilər.