Gəncə üsyanı - 1920 (kitab)

Gəncə üsyanı – 1920Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı.

Gəncə üsyanı - 1920
Kitabın 2019-cu il azərbaycanca nəşrinin üz tərəfi
Kitabın 2019-cu il azərbaycanca nəşrinin üz tərəfi
Müəllif Xanlar Bayramov
Janr Tədqiqat
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2010
Nəşriyyat Ləman (2010)
Bakı Kitab Klubu (2019)
Tiraj 100 (2019)

Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur.

Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.

Nəşr və tərcümə

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Bakıda 2010-cu ildə[1][2] Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.[3]

  1. Əhməd İsayev. Gəncə üsyanı. "Azərbaycan" qəz. 2010, 8 avqust, s. 4
  2. Bayramov X. Gəncə üsyanı–1920: sənədlər və materiallar. Redaktor: Z. Sadatlı. Bakı: "Ləman Nəşriyyat–Poliqrafiya" MMC, 2010, 290 s.
  3. "Gəncə üsyanı – 1920. Sənədlər və materiallar" (az.)). bbclub.az. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]