Bu səhifə və ya bölmənin müəlliflik hüququ pozuntusu olduğu güman edilir. Məzmun böyük ehtimalla heç bir dəyişiklik edilmədən Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm — 1996, I cild kopyalanıb.
Əgər bunun belə olmadığını düşünürsünüzsə, müzakirə səhifəsində öz fikrinizi bildirin. Əgər müəllif sizsinizsə, lütfən mətndən istifadə etmək üçün icazə alın. Pozuntunun aşkar edildiyi tarix: 1 may 2024. Məqalənin müəllifinə: Müəlliflik hüquqları |
Gəncə fiziki-coğrafi rayonu — Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Şahdağ-Murovdağ silsilələrinin suayrıcından başlamış, şimalda dağətəyi maili düzənliklərə kimi davam edir. Mütləq yüksəkliyi 500-600 m-lə 3000-3300 m arasında dəyişib, mürəkkəb quruluşlu dağlıq relyefə malikdir. Landşaftı alçaq və orta dağ çöllərindən, alçaq və orta dağ meşələrindən və yüksək dağ çəmənliklərindən ibarətdir.
Rayonun ərazisinin alçaq və orta dağlıq hissəsində relyefin az meyilliyə malik olması, dağdaxili çökəkliklərin geniş sahə tutması sayəsində burada meşələr insanlar tərəfindən intensiv deformasiya və transformasiyaya məruz qalmış, onların yerində yaşayış məntəqələri, geniş əkin və biçənək sahələri salınmışdır. Ərazinin alçaq və ortadağlıq qurşağında zəngin filiz yataqları (Daşkəsən, Gədəbəy, Zəylik) vardır.
Rayon ərazisində heyvandarlıq və əkinçilik (kartof, kələm) daha geniş inkişaf etdirilmişdir.
Onun dağ-iqlim kurort (Göygöl, Hacıkənd Gədəbəy, Daşkəsən) imkanları genişdir.[1]