Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur.
Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir.[1] "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.[1]
2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir.[2] Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.[3] Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.[4] Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.[5]
Rayonun adı | Təşkil olunma tarixi | Ləğv olunma tarixi | Qeyd |
---|---|---|---|
Kəpəz rayonu | 21 noyabr 1980[6] | 2 aprel 2022[5] | |
Nizami rayonu | 21 noyabr 1980[7] | 2 aprel 2022[5] | |
Səfərəliyev rayonu | 24 yanvar 1939[8] | 16 yanvar 1940[8] | Respublika tabeli rayona çevrilmişdir.[8] |
Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə yaradılmışdır.
1999-cu il dekabr ayının 12-də Azərbaycanda ilk dəfə olaraq keçirilmiş bələdiyyə seçkilərində Gəncə şəhərinin Kəpəz rayonunda Kəpəz bələdiyyəsi yaradılmışdır.[9]
Rayonun ümumi ərazisi 7064 hektar idi. 2 territorial administrativ bölgədən və 6 yaşayış məntəqəsindən ibarət idi. Bu məntəqələrin adları bunlardır : Hacıkənd, Cavadxan, Şeyxzamanlı, Natavan, Məhsəti və Sədilli. Son 5 yaşayış məntəqəsi 2011-ci ilin dekabrında verilmiş sərəncamla formalaşdırılmışdır.
Gəncə şəhəri Nizami rayonu Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə yaradılmışdır.
1989-cu ildə Gəncənin tarixi adı bərpa olunmuşdur. Əvvəlki adı Gəncə rayonu olmuş və 7 fevral 1991-ci ildən dəyişdirilərək Nizami rayonu adlandırılmışdır.[10]