Gənc alimlərin əsərləri (jurnal)


"Gənc Alimlərin Əsərləri" ("Proceedings of Young Scientists")
Növ jurnal
Tiraj 600
Təsisçi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
Qərargah AZ1023, Bakı ş., Ş.Allahverdiyev k.,3/18.
Dil İngilis, azərbaycan və rus dili
Səhifə 500
ISSN 2410-2040 2410-2040

"Gənc Alimlərin Əsərləri" ("Proceedings of Young Scientists") — beynəlxalq elmlərarası elmi tədqiqat jurnalı. 2008-ci ildə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovun ideyası əsasında əsasında yaradılmışdır.

Jurnal haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

"Gənc Alimlərin Əsərləri" ("Proceedings of Young Scientists") jurnalı 2008-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) birgə təsisçiliyi ilə təsis edilmişdir. Jurnal ildə 2 dəfə olmaqla nəşr olunur və 2017-ci ilədək jurnalın 15 sayı çapdan çıxmışdır. Jurnal 2010-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 30 aprel tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğının davamı kimi gənc alimlərin əsərlərinin çap olunması və yayılmasına dəstək vermək, onların Respublika daxilində və ondan kənarda çapını geniş təşkil etmək, elmi gəncliyin fəaliyyətinin stimullaşırılması, elmi biliklərin sərbəst mübadiləsi, gənc alimlərin, doktorantların və magistrlərin mütərəqqi dünya səviyyəsində hazırlığı və fəaliyyətlərinin inkişafına kömək etməkdə ibarətdir.

Redaksiya Şurası

[redaktə | mənbəni redaktə et]

Jurnalın ilk Baş redaktoru AMEA-nın Prezidenti mərhum akademik Mahmud Kərimov, Baş redaktorun müavini İlqar Orucov olmuşdur. Hazırda jurnalın Baş redaktoru fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, məsul katibi tarix elmləri üzrə fəlsəfə doktoru Ruslan Rəhimlidir. Jurnalın beynəlxalq tərkibdə Redaksiya Şurası fəaliyyət göstərir. Redaksiya şurasına Baş redaktor rəhbərlik edir. Jurnalda məqalələr ingilis dilində, xülasələri 3 dildə - azərbaycan, rusingilis dillərində verilir.

Jurnalda xarici ölkələrin gənc alim və tədqiqatçılarının da elmi məqalələri çap olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]