Gənclərbirliyi İK


Gənclərbirliyi Futbol Klubu (türk. Gençlerbirliği Spor Kulübü) - Türkiyənin idman klubu.

Gənclərbirliyi İdman Klubu
Loqonun şəkli
Klubun tam adı Gənclərbirliyi İdman Klubu
Ölkə
Ləqəb(lər) Ankara Rüzgarı, Alkalalar, Qızıl-Qara
Kodu Gənclər, GB
Rəng(lər) Qırmızı-qara
Yaranma tarixi 14 mart 1923
Stadionu "Eryaman" stadionu, Eryaman, Ankara
Tutumu 20.560
Prezidenti Türkiyə Mehmet Niyazi Akdaş
Baş məşqçisi Türkiyə Sinan Kaloğlu
Liqa Türkiyə 1-ci Liqası
2022-2023 15.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə,Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 Noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır.

Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır.Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır.Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır.

Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb.

Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər.Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər.Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır.

Direktorlar[redaktə | mənbəni redaktə et]

  • 1923-36 Münif Kamal Ağ
  • 1936-43 Saffət Gürol
  • 1943-44 Namiq Ambarlıoğlu
  • 1944-46 Fevzi Maqat
  • 1947-48 Namiq Katoğlu
  • 1948-49 Yusif Bəhri
  • 1949-50 Orxan Apak
  • 1950-52 Rəşad Taşər
  • 1952-53 Nuri Toqay
  • 1953-57 Mümtaz Tərhan
  • 1957-58 Əhməd Qorur
  • 1958-61 Orxan Apak
  • 1961-63 Turxan Oqan
  • 1964-65 İbrahim Hatipoğlu
  • 1965-66 Yılmaz Mete
  • 1966-67 İsmət Sezgin
  • 1968 Hadi Özbay
  • 1968-69 Nəcip Türegen
  • 1969-70 Əli Tuzcuoğlu
  • 1970-72 Adil Evrensel
  • 1972-74 Sezai Diblan
  • 1976-77 Həsən Şengel
  • 1977-2017 İlhan Cavcav
  • 2017-2021 Murat Cavcav
  • 2021- Mehmet Niyazi Akdaş

Klub rəngləri[redaktə | mənbəni redaktə et]

Qırmızı-qara rəngli Gənclərbirliyinin bu rənglər seçməsi haqqında müxtəlif rəvayətlər mövcuddur:

  • Klub qurulduqdan sonra ehtiyac duyulan formalar üçün parça almağa gedən şagirdlər, gettikləri dükanda o illərin yoxsunluğu içində sadəcə qırmızı və qara rəngli parçalar tapa bilmiş , biraz da məcbiriyyətdən ilk formalar bu rənglərdə tikilmiş, bunun nəticəsində klub rəngləri seçilmişdir.
  • Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin bəzi şagirdlərin Sultani komandasına almaması ilə Sultanidən ayrılaraq qurulan klub, sülh yaradıb iki klubun (Muallimlər Birliyi ilə Gənc Kolleclilər) birləşməsi mövzu olanda kollecli şagirdlər Ankara Oğlanlar Kollecinin Müdiri və Muallimlər Birliyi Sədri Münif Kamal Ağın könlünü almaq üçün ona Ankarada olduqca yayılmış olan qırmızı-qara gəlinciklər hədiyyə veriblər,komanda da rənglərini bu məsələnin nəticəsində bu güldən götürüb.

Loqotip[redaktə | mənbəni redaktə et]

Loqotipdək günəş, Ankaranın simgələrindən Hitit Günəşini təmsil edir.Günəşi də Türk bayrağındakı aypara təmsil edir.

Avropa kuboklarında iştirak[redaktə | mənbəni redaktə et]

4 dəfə Avropa kuboklarında iştirak edib.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • 2 dəfə Türkiyə Kubokunun qalibi - 1987, 2001
  • 3 dəfə Türkiyə Kubokunun finalçısı - 2003, 2004, 2008