Gəray Gəraybəyli (29 iyun 1967, Bakı) — Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan psixiatrı, tibb elmləri doktoru (2007), professor (2012), əməkdar müəllim.
Gəray Gəraybəyli | |
---|---|
Azərbaycan Tibb Universitetinin rektoru | |
Vəzifədədir | |
11 aprel 2016-cı ildən | |
Əvvəlki | Əhliman Əmiraslanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1967 (57 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla, 1992-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.
Gəray gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.[1]
16 iyun 2014-cü il tarixində professor G. Ç. Gəraybəyli "Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür[2]
Ailəlidir, iki oğlu var.