Gəray Mantaşov

Mantaşov Gəray Sultan oğlu (1913, İlisu, Qax rayonu, Azərbaycan) — İkinci dünya müharibəsi illərində Almaniyada yaradılmış Azərbaycan legionunun üzvü.[1]

Gəray Mantaşov
Gəray Sultan oğlu Mantaşov
Gəray Mantaşov
Gəray Mantaşov
Doğum tarixi
Doğum yeri İlisu kəndi
Vəfat tarixi
Vəfat yeri İlisu, Azərbaycan
Vətəndaşlığı
Fəaliyyəti mühasib

Həyatı[redaktə | mənbəni redaktə et]

Gəray Sultan oğlu Mantaşov 1913-cü ildə Qax rayonunun İlisu kəndində anadan olub. II Dünya savaşı dönəmində – 1941-ci ilin dekabrında müharibəyə yollanıb. Əsasən Ukrayna ərazisində gedən döyüşlərdə, Krımda və Ukraynanın digər cənub ərazilərində aparılan savaşlarda iştirak edib.

Müharibə illərində almanlara əsir düşdükdən sonra Azərbaycan legionuna qəbul olunmuş. Müharibənin sonuna qədər legionun tərkibində olmuş və ober-leytenant rütbəsinə kimi yüksəlmişdir. Müharibənin sonunda sovet ordusu tərəfindən həbs olunaraq hərbi tribunala verilmiş. Möcüzə şəklində güllələnmə qərarı Sibirə sürgünlə əvəzlənmiş. Sibirdə daş kömür şaxtasında işləmiş və burda baş vermiş uçqun nəticəsində uzun müddət hərəkət qabiliyyətini itirmişdir. Möhkəm dözümlülük və əzim nəticəsində yenidən ayağa durmağa bacaran Gəray 1955-ci ildə həbsdən qayıtmışdır.[2] Uzun müddət onun keçmişinə görə bütün ailə üzvlərini, qohumlarını təqib etmişlər. Sonralar isə bacarıq və qabiliyyətinə görə kolxozun mühasibi vəzifəsinə layiq görülmüşdür. 1982-ci ildə vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Unudulmuş legioner:Ober-leytenant Gəray Mantaşov" (az.). strateq.az. 2016-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-27.
  2. "AZƏRBAYCAN LEGİONERLƏRİ - GƏRAY MANTAŞOV" (az.). ethnoglobus.az. 2017-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]