Gəvəni tıs-tıs (lat. Acantholimon tragacanthinum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Gəvəni tıs-tıs | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Gəvəni tıs-tıs |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Cənubi Qafqaz, Anadolunun şimal-şərqi, İranın şimal-qərbində geniş yayılmışdır. İranın qərbindən təsvir olunmuşdur.
10 sm-dək hündürlüyü olub, budaqlanmamış və ya bir-iki budaqlı kolcuqdur. Yarpaqları boz-göyümtül, 1-3 (4) sm uzunluqda, yuxarı yarpaqlardan fərqli olaraq üfüqi yerləşib və ya aşağı yönəlmişlər. Sünbülcükləri 10 mm uzunluqdadır. Kasacığı 8 mm uzunluqda olub, aydın seçilən, qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacıq borusunun 2/3-4/5 hissəsini təşkil edir, neştərşəkilli və ya uzunsov kürəşəkillidir. Xarici çiçəkaltlığı geniş yumurtavari olub, iti və daxili çiçəkaltlıqlarının 1/2-4/5 hissəsini təşkil edir. May-iyun ayında çiçəkləyir, iyulda toxumları yetişir.
Kserofitdir. Dəniz səviyyəsindən 700–1100 m hündürlükdə, quru, daşlı, çınqıllı ərazilərdə, quru, əhəngli torpaqlarda bitir. Torpağa tələbkar olmayan, işıqsevən, quraqlığa, istiyə dözümlü, həmçinin şaxtaya davamlı bitkidir. İran-Turan coğrafi elementinə daxildir.
Ordubad rayonunun ətraf ərazilərində rast gəlinir. Endemik və nadir növ kimi Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməlidir.
Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.