GONGO

QONQO (ing. GONGO) — ingilis dilində "Dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatı" (ing. Government-Organized (və ya Operated) Non-Governmental Organization) ifadəsindən yaranmışdır. Nominal olaraq müstəqil, əslində isə dövlətin göstərişi, təşəbbüsü və/və ya iştirakı ilə yaradılmış və ölkə daxilində və xaricdə dövlətin mənafeləri üçün işləyən qeyri-hökumət təşkilatlarını işarələmək üçün istifadə olunan abbreviaturadır.[1]

Belə yalançı qeyri-hökumət təşkilatları adətən qeyri-demokratik hökumətlər tərəfindən yaradılır və maliyyələşdirilirlər və mövcud iqtidarın mövcudluğuna və hərəkətlərinə haqq qazandıran vətəndaş cəmiyyəti təmsilçiləri kimi istifadə olunurlar.[2].

Yalançı qeyri-hökumət təşkilatları başqa dövlətlərin daxili siyasətlərinə müdaxiləyə haqq qazandırmaq üçün də istifadə oluna bilərlər.

  1. Natalie Steinberg, "Background Paper on GONGOs and QUANGOs and Wild NGOs," World Federalist Movement Institute of Global Policy, 2001
  2. Naím, Moisés: Democracy’s Dangerous Impostors Arxivləşdirilib 2012-11-09 at the Wayback Machine, The Washington Post, 21 April 2007