Qaylardiya (lat. Gaillardia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qaylardiya | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Qaylardiya |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
XVIII əsrdə mesenat Qaylara de Bondaruanın şərəfinə adlandırılmışdır. Qılçıqlı qaylardiya (G.aristata Pursh) 75 sm hündürlüyə çatan, sıx, sallaq-gövdəli çoxillik bitkidir. Çiçəkləri iri (diametri 10 sm-ə qədər) səbətlərdən ibarətdir. Dilcikli çiçəkləri qırmızı-şabalıdı, qonur ya da sarıdır. Boruşəkilli çiçəkləri isə al-qırmızı, bəzən sarıdır. Bitkinin vətəni Cənubi Kanada və ABŞ-nin mərkəzi rayonlarıdır. Bu növdən 1812-ci ildən gülçülükdə istifadə olunmağa başlamışdır. Bitkinin bir neçə mədəni forması məlumdur. Onlardan hibrid qaylardiya (G. hybrida) və alçaqboylu forma (G.pulchella, compacta) xüsusilə geniş yayılmışdır. Qaylardiyanı köklə və gövdənin yaşıl qələmləri ilə çoxaltmaq olar. Payızda qaylardiya əkilmiş sahələrə torf vermək lazımdır. Qaylardiyadan dəstə bağlamaq olar.