Galanthus alpinus

Galanthus alpinus (lat. Galanthus alpinus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, v) c (i, ii, iii)+ 2b(i) c (ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Galanthus alpinus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur. Daxildəkilər tərs – yumurtavari, pazşəkilli, dərin olmayan, oyuqlu, təpə hissəsində yaşıl ləkə var. Meyvəsi üç yuvalı, uzunsov və ya yumru, 7-25 mm uzunluqda, 4-20 mm enində, yaşıl, tam yetişən vaxtı sarı rənglidir. Toxumcaların sayı 6-27 arasında olur. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında aşağı və orta dağ qurşağında yayılmışdır. Meşələrdə, meşə talalarında, kolluqlar arasında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü fevral-mart (aprel) aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. Aşağı və orta dağ qurşağında, meşədə, talada, koluqlar arasında rast gəlinir. Dekorativ bitkidir.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, meşə kənarında, kolluqlar arasında rast gəlinir.

Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın şimalı və mərkəzi.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyası nadirdir, antropogen amillərdən asılıdır. Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azlaması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal-qara tərəfindən tapdalanması.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi qorunma tədbirləri görülməmişdir. 

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]