Gallinae

Dəvəquşukimilər (lat. Struthioniformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.

Dəvəquşukimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstə:
Dəvəquşukimilər
Beynəlxalq elmi adı

Dəvəquşukimilər dəstəsinə təkcə bir növ — müasir dəvəquş daxildir. O, Afrikada yarımsəhra və bozqızlarda yaşayır. El arasında ona Afrika dəvəquşu deyilir. Ukraynada, İranda, Monqolustanda və Çində qazıntı halında tapılır. Afrika dəvəquşu 100 kq olur. O, uça bilmir, lakin bərk qaçır.Qanad sümükləri qısalmış, körpücük sümükləri isə reduksiya etmişdir, döş sümüyündə til yoxdur. Arxa ətraflarında ancaq iki barmaq qalmışdır. Dərisinin hər yeri lələkdir (lələksiz hissəsi yoxdur). Lələklərində qarmaqcıqlar olmadığı üçün yelpik əmələ gəlmir və buna görə uça bilmir. Biçim və sükan lələkləri bəzək rolunu oynayır. Erkəklərin əsas rəngi qaradır, biçim və sükan lələkləri isə ağdır. Dişi quşlar qəhvəyi qonur olur. Kobud bitkilərlə yemlənirlər. Ona görə də əzələli mədəsi güclü, bağırsağı da uzundur.

Erkək dəvəquşu, adətən, bir neçə dişi quşa başçılıq edir. Həmin dişi quşlar bir yuvada yumurtlayır. Bir yumurtası 1,5 kq olur. Dişi quşlar gündüz növbə ilə kürt yatır, gecə onları erkək əvəz edir. Bala yumurtadan çıxarkən gözləri açıq, bədəni xallı lələklər ilə örtülü, skeleti və əzələ sistemi yaxşı inkişaf etmiş olur. Onun üzəri quruyan kimi yuvasını tərk edir, valideynlərinin yanında gəzir, özü yemlənir. Bala valideynləri böyüklüyünə çatır, amma 3-5 yaşında nəsil verir. Dəvəquşu qədimdən ovlanır, ona görə sayca azalmışdır. Zooparka tez uyğunlaşır və nəsil verir. Dəvəquşunu bizim zooparklarda görmək olar.

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Gray, George Robert (1863)
  4. 1 2 3 4 5 6 Salvadori, * Tomasso (1895)