GameFAQs

"GameFAQs" — videooyunlar ilə bağlı tez-tez verilən suallara cavabları, həmçinin təlimatlar, məsləhətlər və digər məlumatları dərc edən internet portalı.[2]

GameFAQs
Loqonun şəkli
URL gamefaqs.gamespot.com
Dilləri ingilis dili
Açılma tarixi 1995
Alexa reytinqi
  • 390 (28 noyabr 2017)[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

"GameFAQs" 1995-ci ildə proqramçı Ceff Vizey[3] tərəfindən yaradılmışdır, lakin 2003-cü ilin mayında "CBS Corporation" tərəfindən satın alınmış və hazırda onların törəmə şirkəti "CBS Interactive" tərəfindən idarə olunur. Sonradan portal böyük uğur qazanmış və istənilən ziyarətçi tərəfindən redaktə edilə bilmək funksiyasına görə məzmunu xeyli artmışdır. Saytda təqdim olunan məlumatlar ilkin 8 bitlik "Atari" konsollarından tutmuş indiki generasiya və kompüter videooyunlarını, konsollarını əhatə edir. Bütün dəyişikliklər baş redaktor Allen "SBAllen" Tiner tərəfindən izlənilir və idarə olunur.

"GameFAQs" haqqında müsbət rəylər "The Guardian"[4][5][6] və "Entertainment Weekly"[7] kimi nəşrlərdə dəfələrlə dərc edilmişdir. "Alexa Internet" şirkətinin 2009-cu ildəki statistikasına uyğun olaraq, portal dünyada ən çox ziyarət edilən üç yüz ingilisdilli saytın siyahısına daxil edilmişdir.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Alexa Internet (ing.). 1996.
  2. Mary-Kate and Ashley: Winner’s Circle; The Times (London); July 1, 2001; Stuart Andrews; p. Doors.2 «Guides to completing thousands of video games, compiled by gamers worldwide»
  3. Kuchera, Ben. "The founder of GameFaqs to step down; it's time to show some respect" (ingilis). Ars Technica. 2007-07-20. 2012-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-27.
  4. Schofield, Jack. "Games watch". The Guardian (ingilis). 11 мая 2000. səh. 11. ISSN 0261-3077. 2008-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-06. SPOnG, the Super Players Online Gamesbase, would like to become to games what the Internet Movie Database is to films. Since the IMDb is one of the world's best websites, that would be useful, though GameFAQs might be a better place to start.
  5. Pratchett, Rhianna. "Web watch". The Guardian (ingilis). 6 февраля 2003. səh. 8. ISSN 0261-3077. 2008-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-06.
  6. Boseley, Sarah. "Cream of the crop: 100 most useful websites". The Guardian (ingilis). 16 декабря 2004. səh. 22. ISSN 0261-3077. 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-06. GameFAQs lists game player-created walkthroughs, plus links to cheats, reviews and previews
  7. "Internet Capsule Review". Entertainment Weekly (ingilis). 4 февраля 2000. 2012-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-24.
  8. "GameFAQs.com — Traffic Details from Alexa" (ingilis). Alexa Internet. 2012-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]