Gavur qalası (Şəki)

Gavur qalası — Gavur qala Şəkinin Baş Kəldək kəndində yerləşən VI əsrə aid qala.

Gavur qala (Şəki)
Yerləşir Baş Kəldək, Şəki rayonu.
Əsas tarixlər VI əsr

Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qalası ölkə əhəmiyyətli memarlıq abidəsidir.[1] Hal-hazırda abidənin yerləşdiyi yüksəkliyin ətəyinə Şəki yaylası istirahət mərkəzinin ərazisindən asma körpü ilə yol var. Abidə Azərbaycanın xristianlıq tarixi ilə bağlı olub Sasanilər dövrünə aid olsa da, yerli əhali arasında daha çox Həzrəti Əli qalası kimi də tanınır. Buna səbəb abidənin yüksəklikdə yerləşməsidir. Abidə Azərbaycan Respublikasının alban irsi abidələri siyahısına daxildir. Abidənin aşağısında qalanı su ilə təmin etmək üçün iri su hovuzu var.

  1. "Şəkinin tarixi qalaları… | Azadliq". 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.