Baş Kəldək — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd.[1]
Baş Kəldək | |
---|---|
41°10′ şm. e. 47°20′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 873 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.053 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Baş Kəldək kəndi Şəki rayonu ərazisində yerləşən ən qədim kəndlərdən biridir. Bu faktı təkcə kənd ərazisində yerləşən 4 qəbiristanlıq sübut edir ki, burada insan məskənlərinin kökləri çox qədimlərə gedir. Küngüt çayının sahilindədir. Keçmiş adı Kəldək olmuşdur. Kənd Baş Kəldək və Aşağı Kəldək inzibati ərazi vahidlərindən ibarətdir. Kəndin adının qarşısındakı "Baş" sözü kəndin Baş Qafqaz sıra dağlarının ətəklərində yerləşməsi ilə "Aşağı" sözü isə Şəki rayonunun aran-qışlaq ərazisində yerləşməsi ilə əlaqədardır. Aşağı Kəldək yaşayış məntəqəsinin də tarixi çox qədimlərə gedir və burada çox saylı insanların yaşadığına dair kənd ərazisində bir çox sübutlar var ancaq rəvayətə görə təbii fəlakət nəticəsində kənd dağılmışdır. Aşağı Kəldək İsmayıllı Qaraməryəm Şəki magistral yolundan 10 km cənubda yerləşir.
Aşağı Kəldəyin qədimliyini sübuta yetirən daha bir fakta M. F. Axundovun komediya əsərindəki adı çəkilən "Mola İbrahim Xəlil Kimyagər" bədii obrazıdır ki bu şəxs reallıqda bu kəndin sakini olub. Baş Kəldək kəndi sakinlərinə məxsus əkinə yararlı pay torpaq sahələri məhz bu ərazidə; Aşağı Kəldək ətrfinda yerləşir. Baş Kəldək ərazisində "Ağ Məscid" deyilən yer varki bununda tarixi çox qədimdir; halhazirda kənd sakinlərinin ziyarətgah yeridir. Bundan əlavə kəndə yaxin dağliq ərazidə " Küngüt qalası" adlı tarixi abidə var ki buda b.e. 4–5 əsirlərində mudafiə məqsədilə inşa edilib ve kənd sakinləri arasında " Həzrəti Əli" qalası kimi qəbul edilir ki maraqlı tariçəsi var:Bu faktda özluyundə bu ərazidə insan yaşayış məskənlərinin İslamdan çox əvvələrə getdiyini sübut edir. Həm də coğrafi mövqeyinə görə həmişə Dağıstana gedib gələnlərin duşərgə yeri olub. Tarixi qaynaqlarda Baş Kəldək variantında da qeydə alınmışdır. Azərbaycan toponimiyasında kəldək "daşlı sahə", gəldək "məhsuldar yer", "dincə qoyulmuş torpaq sahəsi" kimi izah olunur. Oykonim "yuxarı Kəldək kəndi" mənasındadır[2].
Baş Kəldək Şəkidən təqribən 32 km şərqdə yerləşir. Kənd hər tərəfdən sıra dağlar ilə əhatə olunmuşdur və Şimalda dağıstanla həmsərhəddir. Baş Kəldək həmçinin Oraban, Bideyiz və Baş Küngüt kəndləri ilə qonşudur. Baş Küngütlə sərhəddə Küngüt çayı axır və güclü yağışlar zamanı kəndə ziyan vururdu. Bunun qarşısını almaq üçün 2012-ci ildə kəndin kənarında ümumi uzunluğu 900 m olan bəndlər tikilmişdir.
Kənddə mavi yanacaq olmadığından oduncaq yandırırlar ki, bu da təbiətə mənfi təsir göstərir. Yaxın zamanlarda kəndin yolunun asfaltlaşdırılması və mavi yanacağın verilməsi gözlənilir.
Kənd 2000-ci ildə ayrılaraq müstəqil formada İcra Nümayəndəliyi təsis etmişdir. " Xudayar Bəy " ləqəbi ilə tanınan Bəybala Mirzəyev (MAQBALA XATUN)adlı şəxs ilk nümayəndə təyin olunmuşdur və bu tarixdən etibarən kəndi " Danabaş Kəndi " üsuli-idarəsi ilə idarə etmişdir ancaq bu 2011-ci ilə kimi davam etmişdir sonda iflasa uğramışdır.
Son illər kəndin turizim potensialı artmışdır. xüsusi ilədə Ovçuluq- dağçılıq turizimi. Kənd ərazisində Ovçular evi fəaliyyət göstərir.
Relyefi dağlıq, iqlimi isə mülayimdir. Ümumilikdə mülayim iqlim qurşağında yerləşir. Kənd coğrafi mövqeyinə görə Küngüt Çayının sağ sahilində Baş Qafqaz sıra dağlarından ayrılan silsilənin qırağında yayla tipli düzənlik ərazidə yerləşir.
Kəndin əhalisi 1053 nəfər təşkil edir ki, onun da 549 nəfəri kişi, 504 nəfəri isə qadındır. Əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, dağçılıq və ovçuluqdur. Kənddə 250-dən çox ev təsərrüfat var. Kəndin əkinə yararlı 600 ha torpaq sahəsi var(Bələdiyyə və kənd sakinlərinə məxsus torpaq).
Kənddə Baş Kəldək kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |