Gavurbağı qətliamı

Gavurbağı qətliamı — 12 iyul 1946-cı ildə İraqın Kərkük şəhərində türkmanlara qarşı qətliam. Hadisə İraq polisinin Kərkük Neft Şirkətinin Gavurbağı parkında toplaşaraq haqlarını tələb etmək üçün aksiya keçirən türkman əsilli işçiləriə atəş açması ilə baş tutmuşdur.[1][2]

Gavurbağı qətliamı
Ümumi məlumatlar
Yeri
Tarix 12 iyul 1946
Ölü sayı
  • 16
  • 20
Yaralı sayı
  • 30

Qətliam[redaktə | mənbəni redaktə et]

İraqda Kərkük Neft Şirkətinin türkman əsilli işçiləri haqlarını tələb etmək məqsədilə Kərkük şəhərində tətilə çıxmışdır. 7 iyul 1946-cı ildə İraq İqtisadiyyat naziri Baba Əli Şeyx Mahmud tətili dayandırmaq üçün işçilərə təzyiq etmək üçün baş nazir Ərşad əl-Öməri ilə görüşmüşdür. O, öz təhdid və hədə-qorxu üsulları ilə onları etirazı dayandırmağa inandıra bilməmişdir. Tətil keçirən işçilər Gavurbağı parkına toplaşaraq aksiya keçirmişdir. Bundan sonra İraq polisi əraziyə gələrək onlara atəş açmışdır. Hücum nəticəsində 16 işçi həlak olmuş, 30 nəfər yaralanmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "بنت الرافدين". brob.org. 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.
  2. 1 2 "ميسون نعيم الرومي: الى العامل في عيده - الأخبار". 2018-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-10.