Gecə yarısı qətl — İsa Nəcəfovun Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətlinə və 1994–1995-ci il hadisələrinə həsr olunmuş povesti.
Gecə yarısı qətl | |
---|---|
Gecə yarısı qətl | |
Müəllif | İsa Nəcəfov |
Janr | Povest |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2002 |
Nəşriyyat | Nağıl evi |
Cild | 1 |
Səhifə | 533 |
Tiraj | 1500 |
Kitabın təqdimat mərasimi 2002-ci il iyulun 9-da "Gülüstan" sarayında keçirilmişdir.
Sənədli faktlar əsasında siyasi detektiv janrında yazılmış kitab iki görkəmli dövlət xadiminin – respublika Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsindən, habelə DİN-in xüsusi təyinatlı polis dəstəsinin Baş Prokurorluğa basqınından, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martındakı dövlət çevrilişi cəhdlərindən bəhs edir.[1]