Gecəyarı kitabxanası (roman)

Gecəyarı kitabxanası (ingiliscə: The Midnight Library) - ingilis yazıçısı Mett Heyqin 40-dan artıq dilə tərcümə olunmuş romanı[1]. Peşmanlıqlar, ehtimallar və bir insanın müxtəlif qərarları üzərində qurulmuş roman insanın hər zaman seçim haqqına sahib olması fikrini müdafiə edərək bir baxıma motivasiya kitabı kimi qəbul edilə bilər.

Romanda Nora Sid adlı qadının intihardan sonra gecəyarısında (00:00:00) ölüm və həyat arasında yerləşən möcüzəli kitabxanada gözünü açır. Buranın bələdçisi Noranın orta məktəb kitabxanaçısı xanım Elmdir. Nora burada həqiqi həyatındakı peşmanlıqları yazılmış "peşmanlıqlar kitabı" ilə tanış olmaq, təkrar-təkrar geriyə dönüb fərqli qərarlar verə bilmək şansı ilə qarşılaşır. Hər fərqli qərarın çox müxtəlif nəticələri olur. Çoxsaylı həyatları arasında Nora sevgi, dostluq, ailə,məşhurluq, uğur, pul və s. kimi bir çox məsələlər arasında seçim etməli olur.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Həyatı peşmanlıqlar ilə dolu olan Nora Sid (Nora Seed) tək dostu olan pişiyinin ölümünə dözməyərək intihar edir. Ölümündən sonra özünü gecəyarı kitabxanası adlandırılan qəribə yerdə tapan Noraya geri qayıtmaq, peşman olduğu şeyləri düzəltmək (hər hansı qərarları vermək, verməmək, və ya dəyişdirmək) fürsəti verilir. Kitabxanada gördüyü sonsuz saydakı hər kitab əslində Noranın qərarlarına görə dəyişən fərqli həyatlarıdır[2]. Fərqli karyeralar, sevgililər, dostlar, şəhərlər arasında gedib-gələn Nora ən çox məmnun olduğu həyatın və əsl xoşbəxtliyin axtarışındadır.[3]

Personajlar[redaktə | mənbəni redaktə et]

  • Nora Sid (Nora Seed) - Müxtəlif mümkün həyatları yoxlayan protoqanist;
  • Kitabxanaçı xanım Elm - Həqiqi həyatda Bedfordda Noranın məktəb kitabxanaçısı, gecəyarı kitabxanasında isə xəyali bələdçidir[4]. Hər iki halda xanım Elm Noraya dəstək olur, onu potensialını reallaşdırmaq üçün həvəsləndirir. Xanım Elm oxuyuculara mehriban, müdrik və təmkinli biri kimi təqdim olunur;
  • Noranın atası - Noranın atası hələ Nora çox kiçik olarkən ölür. Romanda Noranın atası onu çox çalışmağa sövq edən və olimpiadada iştirak etməsi üçün təzyiq göstərən biri kimi təsvir olunur[5]. Noranın alternativ həyatlarından birində ata canlı olaraq qarşımıza çıxır;
  • Co Sid (Joe Seed) - Noranın qardaşı[6];
  • Əş (Ash) - Noranın əsl həyatında vurğun olduğu cavan mehriban oğlan, uğurlu musiqiçi. Noranın həqiqi həyatında Əş Noranın qonşusudur və Noraya pişiyinin öldüyü xəbərini o verir[7];
  • Den Lord (Dan) - Noranın əsl həyatında keçmiş sevgilisi;
  • İzi (İzzy) - Noranın Avstraliyada yaşayan bir vaxtlar çox yaxın olduğu dostu;
  • Huqo Lefevre - Nora kimi müxtəlif mümkün həyatları yoxlayan biri, Nora ilə alternativ həyatların birində görüşür;
  • Moli (Molly) - Alternativ həyatların birində Nora ilə Əşin qızı.

Xarici dillərə tərcümə[redaktə | mənbəni redaktə et]

Türk dilinə - Kıvanç Güney

Qazandığı mükafatlar[redaktə | mənbəni redaktə et]

2020 Goodreads - İlin ən yaxşı romanı[8][9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "https://www.kkoworld.com (Kitabı karandaşla oxuyanlar) - Mett Heyq "Gecəyarı kitabxanası. İstifadə tarixi: 22.03.2023"". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  2. "https://alinino.az - The Midnight Library. İstifadə tarixi:22.03.2023". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  3. "https://1000kitap.com - Gecə yarısı kütüphanesi. İstifadə tarixi:22.03.2023". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  4. "https://www.enotes.com - "Gecəyarı kitabxanası"nın personajları. İstifadə tarixi: 29.03.2023". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  5. "https://www.gradesaver.com - The Midnight Library Character List. İstifadə tarixi: 07.04.2023". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
  6. https://www.bookcompanion.com - THE MIDNIGHT LIBRARY Characters By Chapter. İstifadə tarixi:20.04.2023[ölü keçid]
  7. "https://www.marmaladeandmustardseed.com - The Midnight Library. İstifadə tarixi:20.04.2023". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-19.
  8. "https://kitapdiyari.com.tr - Gece yarısı kütüphanesi. İstifadə tarixi:22.03.2023". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  9. "https://www.kitapyurdu.com - Gecə yarısı kütüphanesi. İstifadə tarixi: 22.03.2022". 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.