Gefle

Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir.

Gefle IF
Loqonun şəkli
Klubun tam adı Gefle Idrottsförening
Ölkə
Yaranma tarixi 5 dekabr 1882
Stadionu Strömvallen
Tutumu 7,302
Liqa Superettan (II)
2023 9.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır.

Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir. Evdə 5:1, səfərdə isə 3:0 hesabı ilə məğlub edən "Gefle" növbəti mərhələdə Anortosis Famaqusta klubu ilə üz-üzə gəlib. Səfərdə rəqibinə 0:3 hesabı ilə məğlub olan "Gefle" doğma azarkeşləri önündə Kipr təmsilçisinə heç bir şans verməyib - 4:0.[1]

  1. ""Qarabağ"ın rəqibini yaxından tanıyaq". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-26.