Gennadi Axramoviç

Gennadi Axramoviç (d. 23 fevral 1965, Qomel, Belorusiya SSR, SSRİ) — Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)[1]

23 fevral 1965-ci ildə anadan olmuşdur.

O, almanispan dillərini bilir.

1986-1995-ci illərdə əvvəlcə SSRİ-nin, daha sonra isə Belarusun silahlı qüvvələrində xidmət etmişdir.

2003-2009-cu illərdə Belarusun Latviyanın Dauqavpils şəhərindəki baş konsulu olmuşdur.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun 25 iyun 2015-ci il tarixində imzaladığı sərəncamla ölkəsinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2][3]

Azərbaycan Prezidenti İlham Əliyev onun etimadnaməsini 4 sentyabr 2015-ci il tarixində qəbul edib.[1]

Ailəlidir, bir qızı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]