Geobotanika (q.yun. γῆ "torpaq" + βοτανικός "bitkilərə aid olan") və ya fitosenologiya ya da fitososiologiya — bitki qruplaşmaları və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji mühitinin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və dəyişdirilməsini öyrənən elm. Geobotanikanın obyekti fitosenozlar, onların yaratdığı bitki örtüyü sayılır. Geobotanika fitosenozların morfologiyasını, onların biotik əlaqələrini, xüsusilə fitosenozların daxili mühitini (sinekologiya), tarixi inkişafını (senogeniya) və təsnifatını tədqiq edir.
Müxtəlif miqyaslı geobotaniki bitki örtüyünün xəritələrinin tərtibi. 1:5000–1:100 000 miqyaslı geobotaniki xəritələşdirmə üçün çöl tədqiqatları (rekoqnossirovka, xətti taksasiya, geobotaniki profilləmə geobotaniki çəkmə, "açar" (test) metodundan istifadə edilir. Kiçik miqyaslı (1:5000000–1:4000000) xəritələr ədəbiyyat materiallarının köməyi ilə tərtib olunur. Geobotaniki xəritələşmənin ən məsuliyyətli və mürəkkəb hissəsi geobotanika xəritələrinin legendasını tərtib etmək, yəni xəritəyə daxil olan ərazilərdəki bitki örtüyünün qısa təsvirini verməkdir. Geobotaniki xəritələr dəqiq irimiqyaslı – 1:5000–1:25 000, ümumiləşdirilmiş irimiqyaslı – 1:50000–1-200 000, orta miqyaslı – 1:300 000–1:1000000, xülasəli miqyaslı – 1:500 000–1:400 000, kiçik miqyaslı xülasəli – 1:5000000 və daha kiçik olur. Geobotaniki xəritələr məqsədinə, tərtibinin prinsipinə görə universal, xüsusi aktual (müasir) bitki örtüyü, ilkin bitki örtüyü, indiqasiya, proqnoz, botaniki-təsərrüfat xəritələrinə bölünür.[1]
Zonanın (yarımzonanın) tabeliyində olan geobotaniki rayonlaşdırma vahidi.