Geokimyəvi landşaftlar

Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxt­larda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müd­dəa­lar nəzərə alınmaqla A.İ.Perelman tərəfindən yaradılmışdır. A.İ.Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) land­şaftda atomların miqra­siyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar  bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen,  tex­nogen  (başqa sözlə antropogen,  ya­xud mədəni) landşaftlara ayrı­lır.   [1]

Abiogen landşaft[redaktə | mənbəni redaktə et]

Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu land­şaftlarda  elementlərin biogen miqrasiyasının praktiki ola­raq möv­­­cud olmamasıdır. Yüksək dağ zirvələri, suayrı­cı­ların qar və qis­mən buzlaqlarla örtülmüş hissələri belə land­şaftlara aid edilir.   [1]

Biogen landşaft[redaktə | mənbəni redaktə et]

Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqra­siya­nın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fi­ziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji döv­ranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji küt­lənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyiş­məsindən asılı  olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək,  landşaft tipləri məhz ümu­mi can­lı varlığın-bioloji kütlənin (B) və illik  məhsulun miqdarından (M),  daha doğrusu hər ikisi  hektarda sentrlərlə ölçülən bu kə­miy­yətlərin nisbətindən asılı olaraq müəy­yənləşdirilir (N.İ.Bazileviç,  L.E.Rodin, 1965).  [1]

Böyük Qafqazda formalaşan landşaf tipləri[redaktə | mənbəni redaktə et]

Landşaft yaradıcı amillərin,  eləcə də oksigen,  hidrogen, kar­­bon və azot kimi əsas hava miqrantlarının bioloji döv­ra­nı­nın xüsusiyyətlərinin təsiri altında Böyük Qafqazın cənub ya­macında nival-subnival, yüksək dağ-çəmən (alp və subalp çə­mən­likləri),  dağ-meşə (orta dağ-meşə,  alçaq dağ-meşə,  dağ­ə­təyi meşə-kol) land­şaftları, tədqiq etdiyimiz ərazinin cənuba davamı olan Alazan-Əyriçay vadisində isə dağətəyi maili-düzənlik (seyrək meşəliklər, kserofit kolluqlar,  meşədən son­rakı çəmən və çəmən bataqlıq) landşaftları formalaşmışdır.  [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Böyük Qafqazın cənub yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri. Rüstəmov Q. İ., Rüstəmova A. M., Bakı 2016. səh 189.