Georgi Avetisiğar Keçaari[1] (udi Jora Keçaari[2] 25 iyul 1930, Nic – 8 sentyabr 2006, Nic, Qəbələ rayonu) — Udi əsilli Azərbaycan yazıçısı.
Georgi Keçaari | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Nic kəndi, Qutqaşen rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Nic qəsəbəsi, Qəbələ rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | udi |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Şərqşünaslıq |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Əsərlərinin dili | udicə, azərbaycanca |
Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"in yaradıcısı və 1991–2006-cı illər aralığında rəhbəri olub.[3]
1930-cu ildə Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kəndində anadan olub. 1938-ci ildə həmin kənddə yerləşən 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. 1946–1952-ci illər arasında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini bitirdikdən sonra 1952–1957-ci illər aralığında Qutqaşen rayonu Mıxlıqovaq kəndində məktəb direktoru işləmişdir. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim və müdir mavini olaraq çalışıb.
1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"i (azərb. Bahar, Yaz) yaratmışdır. Bir sıra tərcümə və kitabların müəllifidir.
8 sentyabr 2006-cı ildə vəfat etmişdir. Nic qəsəbəsində "Kala Gərəmzux"da (azərb. "Böyük qəbiristanlıq ") dəfn olunub.[3]
1996-cı ildə "Nana Oçal" (azərb. Ana torpaq) kitabı udincə işıq üzü görür. 2001-ci ildə "Orayin" kitabı yüksək tirajla çap olunur. 2003-cü ildə "Buruxmux" (azərb. Dağlar), "Udilərin ənənəvi toy mərasimləri", "Udilərin ənənəvi yas mərasimləri", "Yaddaşlarda yaşayanlar", rusca "Şunurok" və "Udi nağılları və lətifələri" kitabları çap edilmişdir. 2004-cü ildə Udi dili 1, 2, 3-cü siniflər üçün dərsliklər çap edilmişdi. Georgi Keçaari uzun illər "Bibliya"nın udi dilinə tərcüməsində çalışmışdı.[3]