Georgi Məlikov

Georgi Əjdər oğlu Məlikov (22 iyun 1918, Bakı) — Hava atıcısı-radist. İkinci Dünya müharibəsinin iştirakçısı.

Georgi Məlikov
Georgi Əjdər oğlu Məlikov
Doğum tarixi (106 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Vəfat tarixi bilinmir
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əjdər Məlikov
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Leninqradın müdafiəsinə görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Berlinin alınmasına görə" medalı

Georgi Əjdər oğlu Məlikov 1918-ci il İyunun 22-də Bakıda anadan olmuşdur. Atası siyasətçi, "Hümmət" partiyasının yaradıcısı Əjdər Məlikov əslən Bakının Pirşağı kəndindən idi.

Georgi Məlikov İkinci Dünya müharibəsinin iştirakçısıdir, hava atıcısı-radist idi. Qızıl Orduda 1940-cı ildən hərbi xidmətdə idi. Aprel ayında Belaya Tserkov(Ağ kilsə) şəhərindəki ShMAS (Gənc Aviasiya Mütəxəssisləri Məktəbi) kursantı kimi qəbul edildi və 1940-cı ilin sonlarında hava atıcısı-radio operatoru ixtisasilə müvəffəqiyyətlə bitirir. 138-ci yüksək sürətli bombardmançı alayda xidmət edib. Müharibə ilə, Belaya Tserkov şəhərin yaxınlığında yerləşən, yay düşərgələrində garşılandı. Müharibənin əvvəlində ağır itki verən alayın orada olmaqı, yeni döyüş maşınlarını — Petlyakov Pe-2 mənşəli yüngül bombardmançı təyyarə almaq və yeniləmə məqsədi daşıyırdı. Yenidənqurmadan sonra Georgi Məlikov 138-ci alayında olaraq Volxov və Leninqrad cəbhələrində vuruşdu. Leninqrad Cəbhəsində 6 noyabr 1941-ci ildə, döyüş tapşırığı yerinə yetirən zamanı 9 Sovet bombardmançısına, düşmən qırıcı təyyarələri hücum etdi. Pulemyotun atəşi ilə Georgi Məlikov Hе-113 qırıcını vurur, lakin onun təyyarəsi də düşmən atəşi ilə alovlanır. Ekipaj komandiri Dmitri Karataev yanan təyyarənin endirməyi bacardı. Ölü sayılan qəhrəman təyyarə heyəti, beş günə, şiddətli şaxta şəraitində, öz hava limanına çata bilib. İşğalçılarla döyüşlərdə göstərilən cəsarət və qəhrəmanlığa görə, 1941-ci ilin dekabrında, Georgi Melikov birinci "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir. Georgi Əjdər oğlu Məlikov bütün müharibəni keçdi, Bryansk və 1-ci Ukrayna Cəbhəsində də döyüşdü. Müharibə illərində 150-dən çox döyüş uçuşu yerinə yetirmiş, 26 hava döyüşü keçirmiş, şəxsən düşmənin 4 təyyarəsini vurmuşdur. Cəbhədə alman işğalçıları döyüşlərdə komandanlığın tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə, göstərdiyi mərdlik və igidliyə görə Georgi Məlikov "Qırmızı Bayraq" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və iki dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuş, dəfələrlə Sovet İttifaqı Ali Baş Komandanı, Marşal İ. Stalinin təşəkkürünü almışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azerbaycan Mülki Aviasiya Muzeyi [1]
  • "Savaş" hərbi tarixi saytı [2]
  • Rusiya Müdafiə Nazirliyinin "Память Народа" rəsmi portalı [3]