Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003–2014).[1]
Georgi Məmmədov | |||||
---|---|---|---|---|---|
Georgi Ənvər oğlu Məmmədov | |||||
| |||||
5 iyun 2003 – 24 oktyabr 2014 | |||||
Əvvəlki | Vitali Çurkin | ||||
Sonrakı | Pyotr Ilyiçev Vasili Nebenzya | ||||
28 dekabr 1991 – 5 iyun 2003 | |||||
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | |||||
Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ | ||||
Partiya | |||||
Təhsili | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu | ||||
İxtisası | Diplomat | ||||
Fəaliyyəti | diplomat | ||||
Atası | Ənvər Məmmədov | ||||
Elmi fəaliyyəti | |||||
Elmi dərəcəsi | Tarix Elmləri üzrə fəlsəfə doktoru | ||||
|
|||||
Təltifləri |
|
Azərbaycanlı olan Georgi Məmmədov 1962–1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.
1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.
1970–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.
1972–1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974–1977-ci illərdə — ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.
Fövqəladə və Səlahiyyətli Səfir (5 iyun 1992)