Georq Lüger

Georq Lüger (alm. Georg Johann Luger‎; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur.

Georq Lüger
alm. Georg Johann Luger
Doğum tarixi
Doğum yeri Ştaynah, Avstriya
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Vyana, Avstriya
Fəaliyyəti ixtiraçı, sahibkar, mühəndis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq Lüger cərrah Bartolameus fon Lügerin ailəsində anadan olub. Onun ailəsi Paduyaya köçür və italyan dili onun ikinci dilinə çevrilir. Məktəbi bitirdikdən sonra valideynləri Georqu Vyana Kommersiya Məktəbinə göndərirlər.

1867-ci ilin oktyabr ayında Georq Lüger 78-ci piyada alayına könüllü qoşulur. Bir il sonra o, xidmət giziri olur. O, kifayət qədər sərrast atıcı idi və bu fakt onun komandirlərinin diqqətindən yayınmır. Onu atıcılıq məktəbinə göndərirlər və qısa müddət sonra o, təlimatçı olur. Məhz atıcılıq məktəbində gələcək konstruktor avtomatik silahlarla maraqlanır. 1871-ci ildə Georq Lüger ehtiyatda olan leytenant rütbəsi alır və tərxis olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]