Gerli Padar ( 6 noyabr 1979 ) estoniyalı müğənni və aktrisadır. O, 2007 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmişdir. O, 2001-ci ildə Estoniya adına Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Tanel Padarın bacısıdır.[1]
Gerli Padar | |
---|---|
Gerli Padar | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1979-cu il, 6 noyabr |
Doğum yeri | Haljala, Estoniya |
Vətəndaşlığı | |
Milliyyəti | eston |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1994-cü ildən |
Janr | Pop |
gerlipadar.ee | |
Vikianbarda əlaqəli mediafayllar |
Padar bir neçə məşhur Estoniya musiqili filmlərində rol alıb, o sıradan "Kabaret" filmində Salli, "Şahmat" filmində Florensiya və "Detektiv Lotte" filmində Lotte rollarını ifa edib. Müğənni karyerasında isə 2011-ci ildə solo albomunu buraxdı. Padar Estoniyanı 2007 Avroviziya Mahnı Müsabiqəsində " Partners in Crime " [2] mahnısı ilə təmsil edib, lakin finala vəsiqə qazana bilməyib və 33 xal qazanıb. 2010 Avroviziya Mahnı Müsabiqəsində isə Estoniya üzrə 5 münsifdən biri olub.[3]
O, 2018-ci ildə də Avroviziya yarışmasına qatılmaq üçün Estoniyanın milli seçim turlarında yenidən iştirak etmişdi və Eliis Parna ilə birlikdə finalda sonuncu olan ing. Sky mahnısı ilə yarışmışdı.[4]