Gettysburg nitqi

Abraham Linkolnun təsdiq edilmiş iki şəklindən biri[1][2][3] (işıqlandırılmış sepiya) Gettysburgda, günorta saatları, Lincoln gəldikdən dərhal sonra və nitqdən üç saat əvvəl. Sağında yer almış cangüdəni Ward Hill Lamondur.

Gettysburg nitqi, Amerika Birləşmiş Ştatlarının prezidenti, Abraham Linkoln tərəfindən Amerika Birləşmiş Ştatları tarixindəki ən məşhur çıxışlardan biridir. Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya qüvvələrinin Gettysburg döyüşündə Birlik Qüvvələri tərəfindən məğlub edilməsindən dörd ay yarım sonra, 19 noyabr 1863-cü il Cümə axşamı günü Pensilvaniya ştatının Gettysburg şəhərində Gettysburg Milli Qəbiristanlığının açılışı zamanı söylənilmiş olan bir nitqdir.

87 il əvvəl əcdadlarımız bütün insanların bərabər olduqları prinsipinə inanaraq bu qitədə yeni bir millət yaratdılar. İndi biz hal-hazırda bu əsasda qurulmuş hər hansı bir millətin yaşaya bilib-bilməyəcəyini yoxlayan böyük bir vətəndaş müharibəsindəyik. İndi böyük bir toqquşmanın baş verdiyi bir ərazidəyik. Biz buraya buranın bir hissəsini bu millətin yaşaması üçün canını verənlərə son bir istirahət yeri olaraq təqdim etmək üçün gəldik. Digər tərəfdən, bu diyarı xeyir-dua verərək müqəddəsləşdirməyimiz və ya müqəddəs etməyimiz mümkün deyildir. Burada döyüşərək canlarını qurban verən insanlar bu məkanı o qədər müqəddəs etmişdirlər ki, ona bir şey əlavə etmək və ya ondan çıxartmaq bizim imkanlarımız xaricindədir. Dünya burada dediklərimizə az əhəmiyyət versə də, insanların burada nə etdiklərini heç vaxt unutmayacaqdır.

Burada bundan belə özlərini həsr etmiş olanlar sağ qalanlardır. Bu yarımçıq missiyanı bu cəsarətli insanların indiyə qədər irəlilədikləri yerdən götürmək və onu daha da irəliyə doğru aparmaq bizim missiyamızdır. Biz, sağ qalanlar, burada canlarını qurban verənlərdən aldığımız güclə daha çox irəliləməliyik və bu insanların bir heçin uğrunda ölmədiklərini sübut etməliyik. Allahın şahidliyi altında olan bu ölkənin yeni bir azadlıq doğuşu yaşamasını təmin edək və xalqın, xalq tərəfindən xalq üçün idarəçi olduğu bu dövlətin yer üzündən silinməməsini təmin edək.

  1. "Arxivlənmiş surət". 2013-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.
  2. "Arxivlənmiş surət". 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13. (#first_missing_last)
  3. "Arxivlənmiş surət". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13. (#first_missing_last)