Geyger sayğacı

Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır.

Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.