Simon Ghost Riley— Call of Duty seriyasının hekayə xəttindəki uydurma personajdır . O, ilk dəfə 2009-cu ildə PC oyunu Call of Duty: Modern Warfare 2-də oynana bilən əsgər personajı kimi görünür .[1]2019-cu ildə Call of Duty: Warzone seriyasının buraxılışndan yenidən xatırlandı və burada o, oynana bilən bir personaj oldu. Tam debütünü 2022-ci ildə Call of Duty: Modern Warfare II-də etdi .[2]
Simon Riley | |
---|---|
Simon Ghost Riley | |
İlk görünmə | Call of Duty: Modern Warfare 2 |
Son görünmə | Call of Duty: Modern Warfare II (2019) |
Yaradan | Infinity Ward |
Səsləndirən |
• Craig Fairbrass (MW2) • Jeff Leach (Mobil) • Samuel Rookin (MWII) |
Məlumat | |
Ləqəb(lər)i | Kölgə |
Növü | insan |
Cinsi | kişi[d] |
Peşə | Britaniya Ordusunun əsgəri , SAS , "Task Force 141" |
Milliyyəti | Birləşmiş Krallıq |
Simon Riley həmişə kəllə maskası taxır.[3] Orijinal Modern Warfare 2 — də Ghost tünd eynəkdən istifadə edirdi. Ghost uşaq ikən atasının tərəfindən məişət zorakılığına məruz qalıb.[4] Psixoloji problemlərlə mübarizə aparır. Riley Call of Duty: Mobile, Call of Duty: Infinite Warfare və Call of Duty: Ghosts onlayn rejimində görünür . Ghost tez-tez Call of Duty franşizasında ən populyar personajlardan biri kimi qeyd olunur .[5]
Riley ilk dəfə Modern Warfare 2-nin beşinci missiyasında görünür . O, terrorçu Vladimir Makarovun təchizatçısı Alejandro Roxası tutmaq üçün Rio-de-Janeyroya missiya üçün göndərilir. Rojasdan əldə etdiyi məlumatlardan istifadə edərək qrupla neft platformasına basqın keçirir. Sonra o, həbsdə olan Kapitan Praysın yerləşdiyi düşərgəyə hücum edir . Rayli komandaya Makarovu tapmaqda kömək etmək üçün həbsxananın təhlükəsizlik sisteminə müdaxilə edir.[6] Makarov və onun adamları üçün iki mümkün yer aşkar etdikdən sonra, Rayli və Qari "Roach" Sanderson Gürcüstan-Rusiya sərhədindəki kəşfiyyatçıların olduğu evə basqın edərək, ultra-millətçilər haqqında həyati kəşfiyyat məlumatları tapırlar.[7] Təxliyə etmək istəyərkən, hər ikisi General Şepard tərəfindən xəyanət edililir və öldürülür, sonra isə cəsədlərini yandırırlar.[8]
Modern Warfare 2: Ghost
Modern Warfare 2: Ghost, Ghost-a həsr olunmuş altı komiksdən ibarət seriyadır. Hadisələr Call of Duty: Modern Warfare 2 başlamazdan və Raylinin Task Force 141-ə daxil olmasından əvvəl baş verir. Komiks personajın mənşəyinə diqqət yetirir.[9]
Qısametrajlı filmdə "Makarovu tapın: Kral balığı əməliyyatı: Kapitan Prays və 141-ci İşçi Qrupunun digər üzvləri Delta ilə birləşərək terrorçu Vladimir Makarovu ələ keçirmək üçün "Kral balığı əməliyyatı" həyata keçirirlər. Soap , Kapitan Prays, Ghost, Roach və digər əməliyyatçılar meşədə gəzirlər.[10] Lockheed AC-130 işçi qrupunun yolunu təmizlədikdən sonra Soapın komandası sığınacağa doğru irəliləyir və qalan düşmənləri öldürür. Roach divara partlayıcı yerləşdirir, Ghost otağa birinci girir və içəridəki əsgərləri öldürür. Filmin sonunda komanda evakuasiya edilir.
Call of Duty: Modern Warfare- in son səhnəsində Rayli Con "Soap" McTavish və Kyle "Gas" Garrick ilə birlikdə Task Force 141 üçün potensial işə götürülən şəxs kimi xatırlanır. "Call of Duty: Modern Warfare II"- də general Şepardın komandanlığı altında Riley iranlı general Ghorbrani-nin öldürülməsində 141 saylı İşçi qrupuna kömək edir.[11] Sonra o, Meksika ilə sərhədə, Las Almas şəhərinə göndərilir və orada siyasi qalmaqalın qarşısını almaq üçün sonradan azad edilməli olan mayor Qasan Zyanini tutur. Rayli raket buraxılışını dayandırmaq üçün tərk edilmiş neft platformasına basqına rəhbərlik edir. Daha sonra Shadow Company PMC komandiri Philip Graves və General Shepard komandaya xəyanət edirlər .[12] Rayli Soapla qaçmağı bacarır. Onlar və çavuş mayor Rodolfo "Rudy" Parra müttəfiqləri həbsxanadan azad edir. Oyunun sonunda Ghost Gasanı öldürür və Soap raketin Vaşinqtona çatmasının qarşısını alır .
Simon "Ghost" Riley françayzanın ən simvolik personajlarından biri hesab olunur. Ghost-u oyunun ən yaxşı qəhrəmanı adlandıran Dot Esports-dan Xorxe Aqilar onu "oyunun ən yaxşı əsgərlərindən biri" kimi xarakterizə edərək, "onun zərif maskası, günəş eynəyi və sərin üslubu pərəstişkarlarının diqqətini çəkdiyini" qeyd edir. GameRant yazır ki, "bütün missiyalar boyu Ghost onun təcrübəsini və ölümcül təbiətini nümayiş etdirir, ona böyük inam və hörmət aşılayır. Burada həm də qeyd edilir ki, "üzünü görməsək də, o, gözləri ilə çoxlu duyğuları göstərməyi bacarır"[13]