Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gilan Holdinq — Azərbaycanda fəaliyyət göstərmiş holdinq. 2023-cü ilin iyulundan Xəzri Solutions MMC adı ilə fəaliyyət göstərib. 30 avqust 2023-cü ildə ləğv edilib.[1][2][3]
Xəzri Solutions | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye |
Tikinti Turizm Sənaye |
Təsis tarixi | 1987 / 2005 |
gilanholding.com |
1987-ci ildən Azərbaycanda bir sıra layihələrə sərmayələr yatırıb. Baş ofisi Bakıda yerləşirdi. Gilan Holdinq üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərib. Bunlar inşaat, turizm, kənd təsərrüfatı, logistika və gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edib. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə qoyub. Holdinq həmçinin beynəlxalq filiallar da təsis etmişdir.[4]
Azərbaycanda turizm, tikinti, qida maliyyə və s. sahələrdə fəaliyyət göstərib.
"Gilan Holdinq" 2005-ci ildən dövlət qeydiyyatında olub. "Gilan Holdinq" MMC 2016-cı ilə qədər "Gilan Holdinq maliyyə-sənaye qrupunun əsas şirkəti" MMC adlanırdı.
2021-ci ildə "Gilan" brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişib. 2022-ci il sentyabrın sonu "Gilan Agricultural Internatıonal" MMC adını "ABA Aİ" MMC-yə, "Gilan Hospitality-Bakı" MMC adını "ABA HB" MMC-yə və "GİLAN LOGİSTİCS GROUP" MMC isə adını "ABA Logistics Group" MMC-yə dəyişiblər. Sentyabrın əvvəlindən isə "Gilan Cotton and Grain" MMC "ABA CG" MMC adı ilə, "Gilan Trading" MMC şirkəti "ABA Trading-123" MMC və "Gilan Vineyards" MMC isə "ABA VY" MMC ilə bazarda çıxış edirlər. 2021-ci ilin əvvəlində "Gilan Constraction" MMC adını dəyişməklə "Core Constraction" MMC-yə və may ayında isə Gilan Dəri Zavodu ("Gilan Dəri" MMC) rebrendinq edərək "A. C. E Dəri" MMC-yə çevriliblər.
Şirkətin nizamnamə kapitalı 2022-ci ci ilə qədər 98 483 064 manat olsa da, 2022-ci ildə kəskin azaldılmaqla 100 manata endirilib.[5]
2023-cü ilin iyulunda holdinq re-brendiq edərək "Gilan Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1400725191) 2023-cü ilin ikinci rübündən etibarən "Xəzri Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti adlanırılıb. Şirkətin adı dəyişdirildikdən sonra, 6 şirkət "Xəzri Solutions" MMC-yə qoşulur və bunun nəticəsində yenidən təşkil olunduğunu elan edib:[6]
Mənbə[7]
Mənbə[8]
Mənbə[9]