Gintaras Steponaviçius

Gintaras Steponaviçius (23 iyul 1967, Klaypeda) — Litva Respublikasının təhsil və elm naziri (2008–2012).

Gintaras Steponaviçius
Doğum tarixi 23 iyul 1967(1967-07-23) (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d], nazir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gintaras Steponaviçius 23 iyul 1967-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Ali təhsilini Litvada alıb, eyni zamanda Qərbin 4 universitetində təhsilini davam etdirmək imkanı olub. Nazir vəzifəsinə təyin olunanadək son 10 ildə Vilnüsdə öz dairəsi üzrə 3 dəfə parlamentə seçilib. 10 il Vilnüs Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib. Sonra siyasətlə məşğul olmağa başlayıb. Şəhər sovetinin üzvü olub. Bir ildən çoxdur ki, Litva Respublikasının təhsil və elm naziri vəzifəsində çalışır. Nazir olmaqla, eyni zamanda Litva Respublikası parlamentinin üzvüdür. Ailəlidir, iki övladı var. Oğlu 7-ci sinifdə oxuyur. Qızının 3 yaşı var.