Girətağda daş abidə

Girətağda daş abidəZəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kənd qəbiristanlığında yerləşən daş abidədir.

Qədimdən Türk-Oğuz boylarının yurdu olan Yuxarı Girətağ kəndindəki bu abidə yerli əhali arasında Beldaşı adı ilə də tanınır. Bu daş-abidənin belində bir ədəd uzun ox şəkli həkk olunmuş, daşın bir üzündə əlində nizə, çiynində ox-yay olan atlı təsvir edilmişdir. Atlı əlindəki nizəni atın ayaqları altında əzilənəjdahanın ağzına yeritmişdir. Daşın digər üzündə əlindəki silahla dağ təkəsini nişan almış ovçu təsvir edilmişdir. Bu ov səhnəsindən yuxarıda su kuzəsiqalxan şəkilləri həkk olunmuşdur. Bir qədər aşağıda ikinci qalxan şəkli təsvir edilmişdir. Yuxarı Girətağ kəndinə ermənilər ilk dəfə Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra məskən salmışdılar.[1]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 168. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]