Givi Kiladze adına stadion

Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion.

Ramaz Şengeliya stadionu
Xəritə
Tam adı Ramaz Şengeliya adına stadion
Yeri Kutaisi, Gürcüstan
Təməli qoyulub 1950
Açılış tarixi 1957
Sahibi Gürcüstan Torpedo Kutaisi
Tamaşaçı tutumu 12.000
Ev sahibi komanda Torpedo Kutaisi
Ot örtüyü ot

Tarixi və haqqında

[redaktə | mənbəni redaktə et]

Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur.

Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur. 2015-ci ildə stadiona Ramaz Şengeliyanın adı verilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]