Glenfiddich

Glenfiddich — Fidix çayı vadisində istehsal olunan şotland viskisinin brendi (skotç).

"Glenfiddich" viski istehsalı müəssisəsinin əsası 1886-cı ildə Uilyam Qrant və onun 9 oğlu tərəfindən qoyulub.[1] Qrantlar indiyə qədər bu zavodun sahibidirlər.[1] Ənənələrə qayğı, əməksevərlik və işə yaradıcı yanaşma ailə şirkətinə ayağa qalxmağa, ötən əsrin 1960-70-ci illərinin sənayedəki çətin dövrləri keçməyə və ən böyük viski istehsalçılarından birinə çevrilməyə kömək edib[1]. Distillyasiya, saxlama və şüşələrə doldurma da daxil olmaqla, viskinin hazırlanması bütövlüklə zavodda baş verir.[1] Su Robbi Du adlı yeganə mənbədən götürülür.[1] Viski minimum 12 il palıd çəlləklərində saxlanılır, bu isə yeni armudun və palıd toxumunun notlarından ibarət mürəkkəb ətirli içki hazırlamağa imkan verir.[1] Müxtəlif viskilərin hazırlanması üçün şirkət bir neçə növ çəlləkdən istifadə edir: xeresdən ispan, burbondan Amerika, yeni çəlləklər və hətta romdan Kuba çəlləklərindən istifadə edilir.[1] "Glenfiddich" məhsulları bir çox mükafatlara layiq görülüb.[1] Ən sonuncuları 2007-ci ildə "International Spirits Challenge" və "International Wine and Spirit Competition" müsabiqələrində qazanılmış 2 qızıl medaldır.[1] Şirkət təkcə məhsulun keyfiyyəti deyil, onun tərtibatına da diqqətlə yanaşır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 ""Glenfiddich"lə ilk kəşf edənlər: İsfar Sarabski". www.buro247.az. www.buro247.az. 4 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2016.