Adi qlobulariya (lat. Globularia vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qlobulariya cinsinə aid bitki növü.
Adi qlobulariya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Adi qlobulariya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs–yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir. Tac mavi rəngli, 2 1/2 dəfə kasacıqdan uzundur.
Çiçəklənmə may-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında daşlı, əhəngli yerlərdə bitir.
Kiçik Qafqazın şimal hissəsidir (Göygöl rayonu).
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
İqlim dəyişilməsi, otarılma və tapdalanmadır.
Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.