Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün üçün əlavə mənbələrə ehtiyac var. |
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır.
Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib.
Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir. 2010-cu ildə Xəzər sahili üzrə keçirilmiş aksiyalar nəticəsində 15 ton məişət tullantısı yıǧılmışdır. Aksiya iştirakçılarının sayı heç vaxt qırxdan artıq olmayıb.
Təşkilatın mövcud olduǧu müddət ərzində könüllülər kimsəsiz uşaqlara və qaçqınlara dəstək məqsədilə bir neçə humanitar aksiya keçiriblər. 2 noyabr 2010-cu ildə isə təşkilat nümayəndələri Ekologiya və Təbii Sərvətlər naziri Hüseyinqulu Baǧırovun qəbulunda olublar. Görüş nəticəsində "Green Baku" təşkilatı yerli aksiya və layihələrə cəlb edilib. Bakı icra hakimiyyətinin yazılı qərarı ilə ərazisində təmizlik aksiyası aparılan bələdiyyələr təşkilatı lazımi texnika və avadanlıqla təmin etməlidilər.
Təşkilatın nizamnaməsi heç bir siyasi aksiya və çıxışa yol vermir, ətraf mühiti çirkləndirən insanlara qarşı aqressiv münasibəti yaxşı qarşılamır. Fəal könüllülər öz aralarında vəzifələrini bölüşdürməklə yanaşı üç ay müddətliyinə liderlərini də seçirlər. 2011-ci ilin əvvəllərində təşkilata 1150 nəfər üzv olur. Bütün üzvlər aksiyalarda könüllü olaraq və ödənişsiz iştirak edirlər.
Mövcud olduǧu muddət ərzində təşkilat bir neçə dəfə ad dəyişmişdir: