Grete Hækkerup

Karen Margrete Hækkerup (4 aprel 19145 noyabr 1995) — 4 aprel 1914-cü ildə Aalborqda anadan olmuşdur və 5 noyabr 1995-ci ildə Herritslevdə vəfat etmişdir. O, 1964–1966-cı illər və 1970–1981-ci illər arasındaFolketinqin Danimarka Sosial Demokrat Partiyasıdan üzvü olunmuşdur. O, ilk dəfə Sakskobinq seçki dairəsində və 1971-ci ildən Maribo seçki dairəsindən seçilmişdir.

Qrete Hekkerup
dan. Grete Hækkerup
Danimarka parlamentinin deputatı[d]
Vəzifədədir
1 may 1970-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1914(1914-04-04)
Vəfat tarixi 5 noyabr 1995(1995-11-05) (81 yaşında)
Partiya
Fəaliyyəti siyasətçi
Uşaqları
Ailəsi Hekkeruplar[d]

1934-cü ildə Horsens Dövlət Məktəbinin tələbəsi olmuşdur. Təhsilini siyasi elmlər üzrə almışdır.

1958–1962-ci illər arasında Sosial Demokrat Partiyasının Səyahət işləri üzrə katibi və 1962–1963-cü illərdə həmin partiyada qadınların katibi vəzifəsilərini icra etmişdir.

Thorsten Borring Olesen xanım Hækkerupun partiyada bərabərlik məsələsində əhəmiyyətli yer tutduğunu düşünürdü. Lakin Ritt Bjerregaard bu məsələdə Olesenlə eyni fikirdə deyildi.[1]

1954–1963-cü illər arasında Lillerod Parish Şurasının üzvü olmuşdur.

1971-ci ildə xanım Grete Hækkerup Folketinqin birinci vitse-spikeri seçildi. Və 1978-ci ildə onun Folketinqin ilk qadın spikeri olması üçün fürsət yaransa da, lakin Sosial Demokratlar onun yerinə KB Anderseni bu vəzifəyə seçdilər.

5 aprel 1939-cu ildə siyasətçi Per Hækkerup ilə nikahda daxil oldu. Bu evlilikdən üç oğlu oldu. Onlardan ikisi Klaus HækkerupHans Hækkerup valideynləri kimi siyasi fəaliyyətə başladılar.

  1. Ritt Bjerregaard. "Anker Jørgensens tid". Historisk Tidsskrift (danimarka). 6 iyul 2018: 127–133. ISSN 0106-4991. Wikidata Q117224000.