Grossheym süsəni

Grossheym süsəni (lat. Iris grossheimii) — süsənkimilər (Iridaaceae) fəsiləsindən bitki növü.

Grossheym süsəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Naxşıvan ərazisində, Ordubad rayonunun Şıxyirdu və Soyuqdağ yamaclarında, həmçinin Ermənistanda yayılıb. Dəniz səviyyəsindən 2400-3000 m yüksəklikdə orta və yuxarı dağlıq qurşaqların ortu yamaclarında bitir. Qeyd eilən ərazidə zəif yayıldığından çox az rast gəlinir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxumla və vegetativ yolla çoxalır.

Antropogen amillər üzündən — çiçəklərinin toplanılması və bitkinin kökündən çıxarılması nəticəsində bitkinin azalması baş verib.

Həvəskarlar tərəfindən becərilir, Azərbaycan Botanika İnstitutunun Botanika bağında introduksiya olunmuşdur. Mühafizəsi üşün xüsusi tədbirlər işlənib hazırlanmamışdır. Növün tam mühafizə edilməsi lazımdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]