Grus nigricollis

Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. ÇinHindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər.

Qaraboyun durna
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Qaraboyun durna
Beynəlxalq elmi adı

Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər. Xarici görünüş baxımından Yapon durnalarına bənzəsələrdə onlardan böy baxımından kiçikdirlər. Üst bədən tüyü ağ rəngli, altlığı isə çirkli-ağdır. Başı və boyunun yuxarı hissəsi qaradır. Gözünün altındakı kiçik bir ağ ya da açıq boz nöqtə var. Quyruğu demək olar ki tamamən qaradır. Ayaqları da qara rəngdə olur. Balaların bütün bədənləri lələklərlə örtülü olur. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur. Balaların qarınları boz, bədənin yuxarı hissəsi boz-sarı, birinci və ikinci dərəcəli lələkləri qara olur. Balalar artıq bir yaşında nöyüklərdən heç fərqlənmirlər..

Qaraboyun durnaların əsas yuva qurma bölgələri Çinin Şinxay bölgəsidir. Tibetin bu hissəsində hündürlük 3800–4500 metr arasında dəyişir. Bundan əlavə kiçik saylı populyasiya Hindistanın Ldak bölgəsində yayılmışdır. Qışlama isə Tibet vadisi və Quyçjou, Butan ərazisinmdə və Hindistanın Arunaçal-Pradeş ştatı ərazisində yayılmışdır.

Bu növ durnalar əsasən alp zomansının çay kənarları, göllər, hündür otların bitdiyi ərazilərdə yuva qururlar. Qışda isə nisbəıtən aşağılara enirlər. Onlar bu bölgələrdə əsasən dənli bitkilərlə qidalanırlar. İnsanın yaşayış məntəqələrinə yaşamaqdan çəkinmirlər. B u bölgələrdə milli adətlərdən irəli gələrək onlara toxunulmur.

Bu növ durnalar yetkinlik yaşına 2–3 ilində çatırlar. Ərazidən asılı olaraq yumurtlama bölgəlırinə martın sonlarından maya qədər gəlirlər. Mərkəzi Tibetdə ortalama hər 2,2 çütə km² ərazi düşür.

Qaraboyun durnalar əsasən bitkilərlə və hüyvanlarla qidalanırlar. Qidasına kiçik ilanlar, qurdlar, balıqlar, qurbağalar, kərtənkələlər, kiçik gəmiricilər, cücülər daxildir. Qış mövsümündə isə dənli bitkilərlə qidalanırlar.

Təhlükədə olan növ olaraq hesab edilir. Təbiətdə sayları 8800–11000 baş arasında dəyişir.