Qriloblattidlər (lat. Grylloblattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakansisəylər dəstəsinə aid heyvan yarımdəstəsi.
Qriloblattidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Dəstə: Yarımdəstə: Qriloblattidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İlk dəfə olaraq 1914-cü ildə Qərbi Kanadada tapılmışdır. Tapılandan sonra da bu həşəratın təsnifat yeri entomoloqlar arasında böyük maraq doğurmuşdur. Beləki, onlar bəzi əlamətlərinə görə düzqanadlılar dəstəsindən sisəklərə, bəzi əlamətlərinə görə də tarakankimilərə oxşayırlar. Ayaqlarının quruluşuna, buğumlu serqisinə və s. əlamətlərinə görə tarakankimilərə yaxın olduğu halda, yumurtaqoyanına, başının quruluşuna və s. əlamətlərinə görə də sisəklərə yaxındırlar. Odur ki, bunların hər ikisinin adına uyğun olaraq Grylloblatta adı verilərək bir dəstə kimi qəbul edilmişdir.