Bərk çoğan (lat. Gypsophila robusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Regional IUCN Statusu VU B2ab (iii, v).
Bərk çoğan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Bərk çoğan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov-lansetşəkilli, yaxud uzunsov, tərs-yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır. Kasacığın uzunluğu 3,5-4 mm, zınqrovlu, orta hissəyə qədər bölünmüş, kənarları dişlidir. Ləçəkləri ağ və ya çəhrayı, kasacıqdan bir qədər uzundur. Qutucuğun uzunluğu 4 mm, enli yumurtaşəkillidir. Toxumunun uzunluğu 1 mm, tünd rənglidir.
İyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqlarda və dağətəyi qurşaqlarda, quru yerlərdə rast gəlinir.
Kür-Araz ovalığı və Kür düzənliyidir.
Yayılma ərazisinin deqradasiyası, antropogen amillər azalma təhlükəsini yaradır.
İqlim (səhralaşma) və antropogen amillərdir (otarılma, tapdalanma).
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.