Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 gün əvvəl RüfətAmirov (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Vətəndaşların Qəbulu Mərkəzi — vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, vətəndaşların məmnunluğunun təmin edilməsi və vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə məqsədilə yaradılıb.
5 iyul 2022-ci ildən etibarən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir. Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərir.
Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılır.
Hökümət Evində Vətəndaşların Qəbulu Mərkəzinin ünvanı:
AZ1029, Azərbaycan, Bakı, Üzeyir Hacıbəyli 80
Tel.: (+994 12) 310 28 00
E-poçt: [email protected]
2. https://culture.gov.az/az/umumi-xeberler/14520
4. [1]https://pia.az/amp/?id=490550
7. http://www.scfwca.gov.az/page/qebul-gunleri
9. https://www.bayraqdar.info/2023/07/06/7-mind%C9%99n-cox-v%C9%99t%C9%99ndas-muraci%C9%99ti/