Film-pritçada torpaqlarımıza hücum edən ermənilərlə müdafiədə duran azərbaycanlıların arasındakı münaqişənin ilkin rüşeymləri, insanlar arasında ədavətin, düşmənçiliyin mənasız olması açılıb göstərilmişdir.
Hücum | |
---|---|
Fayl:Hücum (film, 1989).jpg | |
Janr | dram |
Rejissor | Rövşən Almuradlı |
Ssenari müəllifi | Mövlud Süleymanlı |
Baş rollarda |
Şahmar Qəribli — Mürsəl Muxtar Maniyev — Dəmir kişi Möhsün Hüseynxanlı — Osman müəllim Vaqif Kərimov — Çoban Məzahir Ağayev — Bilal |
Operator | İsrafil Ağazadə |
Bəstəkar | İlyas Mirzəyev |
Rəssam | Adil Azayev |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 1989 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 18 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1989 |
Texniki məlumatlar |
2 hissə 477,1 metr 35 mm |
Rəng | rəngli |
Film rejissor Rövşən Almuradlının kinoda ilk işidir.
Film operator İsrafil Ağazadənin quruluşçu operator kimi kinoda ilk işidir.
Film rəssam Adil Azayın quruluşçu rəssam kimi kinoda ilk işidir.
Film aktyor Möhsün Hüseynxanlının kinoda ilk işidir.