Hümmət Musa oğlu Məmmədov (25 may 1928, Nuxa rayonu) – SSRİ dövründə yaşamış Azərbaycan metro inşaatçısı. 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Hümmət Məmmədov | |
---|---|
Doğum tarixi | 25 may 1928 (96 yaş) |
Doğum yeri | |
Mükafatları |
|
Hümmət Musa oğlu Məmmədov 1928-ci il mayın 25-i Azərbaycan SSR-nin Nuxa rayonunun Çayqaraqoyunlu kəndində (indiki Şəki rayonu) anadan olmuşdur. 1942-ci ildən Şəki rayonunun Azərbaycan kalxozunda inşaatçı olmuşdur. 1950-ci ildən Bakıda metro tikintisində yeraltı qazımaçı, 1952-ci ildən qazımaçılar briqadasının başçısıkimi fəaliyyət göstərmişdir. 1964-cü ildə Hümmət Məmmədovun briqadasə kommunist əməyi briqadası adını almışdır. Briqada 1970-ci ilin aprel ayında hesabat verərək səkkizinci beşilliyin planını vaxtından əvvəl yerinə yetirməklə bütün idarədə birinci oldu. Səkkizinci beşillik dövründə Məmmədov bir sıra səmərələşdirici həllər təklif etdi, onları qüvvəyə mindirdi, kollektiv dövlətə on minlərlə rubla qənaət etdi.[1]
1957-ci ildən Sov. İKP üzvü və Azərbaycan Kommunist Partiyasının 31-ci qurultayının nümayəndəsi olmuşdur.[1] Hümmət Məmmədov 1973-cü ildən ittifaq əhəmiyyətli pensiyaçı, 2002-ci ildən prezident təqaüdçüsüdür.
Hümmət Məmmədov SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 may 1971-ci il tarixli fərmanı ilə nəqliyyat quruculuğu üzrə beşillik planın tapşırıqlarının yerinə yetirilməsi sahəsində qazanılan uğurlara görə Lenin ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına və "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür.[1]