Çayqaraqoyunlu — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Çayqaraqoyunlu | |
---|---|
40°50′19″ şm. e. 47°14′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.705 nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5539[1] |
İncəçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Vaxtilə bu kəndin yaxınlığında "Dağ Qaraqoyunlu" adını daşıyan başqa bir kənd də mövcud idi.
Vaxtilə bu ərazidə maldarlıqla məşğul olan qaraqoyunlu tayfasının səkkiz yatağı olmuşdur. 19-cu əsrin ortalarında qaraqoyunlular bu yataqlarda yaşayış məntəqələrinin əsasını qoymuşlar.
"Çay" və "qaraqoyunlu" komponentlərindən düzəlmiş toponim "çay kənarındakı Qaraqoyunlu kəndi" mənasındadır.[3]
Kəndin əhalisi 1705 nəfər təşkil edir ki, onun da 832 nəfəri kişi, 873 nəfəri isə qadındır.
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |